Bakı. Trend:
İsrail Polisinin Qüds ərazisindəki Mərkəzi İstintaq Bölməsi və İsrail Təhlükəsizlik Agentliyi (Şin Bet) tərəfindən son bir ay ərzində Şərqi Qüdsdə İŞİD tərəfdarları tərəfindən təşkil olunmuş terror aktlarının qarşısı müvəffəqiyyətlə alınıb.
Trend xəbər verir ki, bu barədə İsrail polisi “X” sosial şəbəkəsindəki rəsmi hesabında məlumat yayıb.
Şərqi Qüdsdən olan 3 şübhəli Qüdsdəki polis bölməsinə və Teddi stadionuna partlayıcı və silahla hücum planlaşdırdıqlarına görə həbs olunublar.