...

İran İsraildə nəzərdə tutduğu hədəfləri vurub - SEPAH

Dünya xəbərləri Materials 14 Aprel 2024 03:43 (UTC +04:00)
İran İsraildə nəzərdə tutduğu hədəfləri vurub - SEPAH
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) İsraildə nəzərdə tutduğu hərbi hədəfləri raket və PUA-larla uğurlu şəkildə vurub.

Trend-in məlumatına görə, bu, İran İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) bəyanatında qeyd olunub.

Bəyanatda bildirilir ki, İran bu hücumda strateji məlumat bacarığından istifadə edərək hədəfləri məhv edib.

Bəyanatda qeyd olunur ki, İran İsrailin Dəməşqdəki səfirliyinin konsulluq binasına hücumundan 10 gündən çox vaxtın keçməsi ilə beynəlxalq təşkilatlar, xüsusilə BMT Təhlükəsizlik Şurasının bu hücum qarşısında sükut etməsi və hücumun pislənməsi üçün addım atmaqda səhlənkarlıq etməsinə görə addım atıb.

“İran ABŞ-yə xəbərdarlıq edir ki, İranın mənafeyinə zərbə vurmağa dəstək göstərmək və yaxud həmin zərbədə iştirak etmək İranın Silahlı Qüvvələrinin qəti reaksiyası ilə üzləşəcək. İran qonşu ölkələr və region ölkələri ilə yaxşı qonşuluq siyasətinin vacibliyini vurğulayaraq bildirir ki, hər hansı ölkədən ABŞ və İsrailin İrana qarşı təhdidi olarsa, İranın münasib və qarşılıqlı reaksiyası ilə nəticələnəcək”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti