...

Blinken və Çexiya hökumətinin üzvləri Ukraynaya yardımı müzakirə ediblər

Dünya xəbərləri Materials 31 May 2024 01:21 (UTC +04:00)

Bakı. Trend:

ABŞ dövlət katibi Antoni Blinken Çexiya hökumətinin nazirləri ilə Ukraynaya yardımı müzakirə edib.

Trend-in məlumatına görə, bu barədə "Idnes" xəbər portalı bildirib.

Məlumata əsasən, A.Blinken NATO xarici işlər nazirlərinin qeyri-rəsmi görüşündə iştirak etmək üçün Praqaya gəlib.

Bildirilib ki, dövlət katibi respublikanın müdafiə naziri Yana Çernoxova ilə də görüşüb. Görüş hərbi texnikanın təqdim olunduğu Kbeli aerodromunda baş tutub. Tərəflər Kiyevə silah və sursat tədarükü vasitəsilə hərtərəfli dəstəyin davam etdirilməsinin tərəfdarı olduqlarını bildiriblər.

Qeyd olunub ki, A.Blinken Çexiyanın Ukrayna Silahlı Qüvvələrinə artilleriya mərmiləri göndərmək təşəbbüsünü yüksək qiymətləndirib, ilk on minlərlə mərmi iyunda Ukraynaya çatmalıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti