...

Türkiyədə 4,4 maqnitudalı zəlzələ olub

Dünya xəbərləri Materials 16 İyun 2024 22:40 (UTC +04:00)

Bakı. Trend:

Türkiyənin Şərqi Anadolu bölgəsində zəlzələ olub.

Trend xəbər verir ki, bu barədə Türkiyənin Fəlakət və Fövqəladə Halların İdarə Olunması İdarəsi (AFAD) bildirib.

Qurumun verilənlərinə əsasən, yerli vaxtla 20:24-də (Bakı vaxtı ilə 21:24) ölkənin Malatya şəhərinin Akçadağ rayonunda 4,4 maqnitudalı zəlzələ olub. Yeraltı təkanların ocağı 7 km dərinlikdə yerləşib.

Dağıntı və tələfat barədə məlumat verilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti