...

ÜST dünyada ən çox spirtli içki içən ölkələrin siyahısını açıqladı

Dünya xəbərləri Materials 30 İyul 2024 20:28 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa və Mərkəzi Asiyanın 53 ölkəsini əhatə edən Avropa regionunda böyüklər hər il orta hesabla 9.2 litr təmiz spirt qəbul edirlər. Bu, dünyada ən yüksək göstəricidir.

Trend xəbər verir ki, bu barədə ÜST paylaşım edib.

Qeyd edilir ki, Şimali və Cənubi Amerikada bu rəqəm 7.5 litr təşkil edir.

"Avropa regionu dünyada ən yüksək alkoqol istehlakı və bununla bağlı zərərlər, həmçinin ən aşağı abstinensiya (nədənsə könüllü imtina - red.) göstəriciləri ilə bağlı inanılmaz rekorda sahib olmaqda davam edir", - məlumatda bildirilib.

Planetin ən çox içki içən ölkələri Rumıniya (hər sakin üçün ildə 17 litr spirtli içki), Gürcüstan (14.3 litr) və Çexiyadır (13.3 litr).

Məqalədə:
Xəbər lenti

Xəbər lenti