...

ABŞ Gürcüstana yardımı dayandırıb

Dünya xəbərləri Materials 31 İyul 2024 17:57 (UTC +04:00)
ABŞ Gürcüstana yardımı dayandırıb
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Gürcüstan parlamentində "Xarici təsirin şəffaflığı haqqında" qanun layihəsinin qəbulu ilə əlaqədar olaraq ölkəyə yardımı dayandırıb.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Antoni Blinken deyib.

Xatırladaq ki, Gürcüstanda "Xarici təsirin şəffaflığı haqqında" qanun 3 iyun tarixində qəbul edilib. Gürcüstan prezidenti Salome Zurabişvilinin müqavimətinə və vetosuna, eləcə də, xarici diplomatların etirazlarına baxmayaraq, parlament bu qanunun ilkin versiyasının qaytarılmasına nail olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti