...

Mahmud Abbas Türkiyəyə səfər edəcək

Dünya xəbərləri Materials 1 Avqust 2024 01:43 (UTC +04:00)

Bakı. Trend:

Fələstin prezidenti Mahmud Abbas Türkiyəyə səfər edəcək.

Trend TurkicWorld-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Böyük Millət Məclisinin sədri (TBMM) Numan Kurtulmuş deyib.

Kurtulmuş Fələstin prezidenti Mahmud Abbasın Baş Assambleyada çıxış etməsi üçün TBMM-ni 15 avqust fövqəladə iclasa çağırıb.

“Fələstin xalqına və onun mübarizəsinə dəstəyimizi göstərmək üçün Fələstin Prezidenti Mahmud Abbas 15 avqust 2024-cü il cümə axşamı günü Baş Assambleyada çıxış edəcək.” – deyə o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti