...

Türkiyə 3 milyard dollardan çox müdafiə sənayesi məhsulları ixrac edib

Dünya xəbərləri Materials 5 Avqust 2024 12:29 (UTC +04:00)

Bakı. Trend:

Türkiyənin 2024-cü ilin yanvar-iyul aylarında müdafiə sənayesi məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 9,4 faiz artaraq 3 milyard 314 milyon dolları ötüb.

Trend xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“2024-cü ilin iyul ayında Türkiyənin dünya bazarlarına müdafiə sənayesi məhsulları ixracı 2023-ci ilin eyni ayı ilə müqayisədə 34,4 faiz azalaraq, 430 milyon dollara bərabər olub”, – məlumatda qeyd edilib.

Qeyd olunub ki, son 12 ay ərzində (iyul 2023-iyul 2024) Türkiyə 5 milyard 831 milyon dollar məbləğində müdafiə sənayesi məhsulları ixrac edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti