...

Blinken Yaxın Şərqdəki bütün tərəfləri gərginliyi azaltmağa çağırıb

Dünya xəbərləri Materials 6 Avqust 2024 06:14 (UTC +04:00)

Bakı. Trend:

Vaşinqton administrasiyası hesab edir ki, Yaxın Şərqdəki bütün tərəflər gərginliyi azaltmaq üçün tədbirlər görməlidir.

Trend-in məlumatına görə, bu barədə ABŞ dövlət katibi Antoni Blinken Vaşinqtonda Avstraliyanın xarici işlər naziri Penni Vonq ilə görüşdə deyib.

"Sadə bir mesaj göndərmək üçün demək olar ki, gecə-gündüz intensiv diplomatik fəaliyyətlə məşğul oluruq: bütün tərəflər eskalasiyadan çəkinməlidir. Bütün tərəflər gərginliyi azaltmaq üçün addımlar atmalıdır", - deyə o bildirib.

A.Blinken qeyd edib ki, eskalasiya heç kimin maraqlarına cavab vermir: "Bu, yalnız yeni münaqişələrə, zorakılığa, təhlükəsizliyin olmamasına səbəb olacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti