Bakı. Trend:
Fələstin İsraillə sülh konfransı çərçivəsində yekun status barədə danışıqlara hazırdır.
Trend xəbər verir ki, bu barədə Fələstin prezidenti Mahmud Abbas Rusiya KİV-ə müsahibəsində deyib.
Onun sözlərinə görə, Fələstinin hazırladığı yol xəritəsi 6 ərəb dövləti tərəfindən təsdiqlənib və baxılması üçün ABŞ, Avropa İttifaqı və BMT Təhlükəsizlik Şurasının üzvlərinə təqdim olunub.
M.Abbas bildirib ki, qərarın əsasında Qəzza zolağında İsrailin mövcudluğuna son vermək dayanır.
"Bu qərar İsrail tərəfi ilə beynəlxalq sülh konfransı çərçivəsində yekun status barədə danışıqları nəzərdə tutur. Fələstin Milli Administrasiyası Qəzza zolağında öz funksiyalarını yerinə yetirməyə hazırdır", - o əlavə edib.