Bakı. Trend:
NATO-nun ali hərbi orqanı olan Hərbi Komitənin iclası keçiriləcək.
Trend xəbər verir ki, bu barədə NATO-nun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, iclas sentyabrın 13-dən 15-dək Çexiyanın paytaxtı Praqada keçiriləcək.
İclasda müdafiə nazirləri Alyans daxilində hərbi strateji vəziyyəti müzakirə edəcəklər. Hərbi Komitənin iclasının açılışına Çexiya prezidenti Petr Pavel qatılacaq.
Qeyd edək ki, Hərbi Komitənin ildə iki dəfə iclası NATO-nun Brüsseldəki Qərargahında, ildə bir dəfə Müttəfiq ölkələrdən birinin paytaxtında keçirilir.