Bakı. Trend:
ABŞ dövlət katibi Antoni Blinken İsrailə səfər edəcək.
Trend xarici KİV-lərə istinadən
xəbər verir ki, bu barədə Blinkenin ofisi məlumat yayıb.
Məlumata görə, diplomat bazar ertəsi səhər İsrail Baş naziri
Benyamin Netanyahu ilə görüşəcək.
Bundan sonra o, Misir və Qətərə səfər edəcək.