...

Blinken Səudiyyə Ərəbistanının xarici işlər naziri ilə Qəzzada atəşkəsə dair razılaşmanı müzakirə edib

Dünya xəbərləri Materials 19 Avqust 2024 07:23 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Dövlət katibi Entoni Blinken Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan əl Səud ilə telefon danışığında Qəzza zolağında atəşkəslə bağlı razılaşmaların əldə edilməsinin vacibliyini müzakirə edib.

Trend xəbər verir ki, bu barədə məlumatı ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəis müavini Vedant Patel verib.

Blinken həmçinin Yəməndə “Ənsar Allah” hərəkatına bağlı husi üsyançılarının fəaliyyətindən narahatlığını ifadə edib.

Bununla yanaşı, amerikalı diplomat Sudanda hərbi əməliyyatların dayandırılması üçün aparılan danışıqlara verdiyi dəstəyə görə Səudiyyə Ərəbistanından olan həmkarına təşəkkür edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti