...

Husilər Yəməndəki BMT ofisini təşkilata qaytarıblar

Dünya xəbərləri Materials 19 Avqust 2024 23:29 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

"Ənsar Allah" üsyançı hərəkatından olan husilər İnsan Haqları üzrə Ali Komissarlığın (İHAK) Sənadakı ofisini BMT-yə qaytarıblar.

Trend-in məlumatına görə, bu barədə BMT rəhbərinin rəsmi nümayəndəsi Stefan Düjarrik brifinqdə bildirib.

"Ofis bu gün Yəmən koordinatorumuz Culien Harneysə qaytarıldı. Julienin sözlərinə görə, ofis toxunulmaz olaraq qalıb və inventarlaşdırılır", - deyə S.Düjarrik qeyd edib.

Baş katibin nümayəndəsi əlavə edib ki, BMT “bu addımdan ürəklənib”, lakin eyni zamanda, dünya təşkilatı husiləri Yəməndə saxlanılan BMT əməkdaşlarını azad etməyə çağırmağa davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti