...

Çin öz vətəndaşlarını Livanı təcili tərk etməyə çağırdı

Dünya xəbərləri Materials 22 Avqust 2024 16:25 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Çinin hakimiyyət orqanları öz vətəndaşlarına Livanı mümkün qədər tez tərk etməyi tövsiyə edir.

Trend xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ÇXR-in Beyrutdakı səfirliyi məlumat yayıb.

Xəbərdarlığın son vaxtlar Livan-İsrail sərhədində yaşanan gərginlik və yaranmış təhlükəli vəziyyətlə bağlı olduğu bildirilir.

Çin diplomatik missiyası, həmçinin xatırladır ki, "evə qayıtmaq və ya Livanı mümkün qədər tez tərk etmək üçün hələ də mövcud olan kommersiya uçuşlarından yararlanmaq lazımdır”. Bu ölkədə qalmağı seçənlər isə “risklərdən qaçmalı, ayıq-sayıq olmalı, təhlükəsizlik və fövqəladə hallara effektiv hazırlıq tədbirlərini gücləndirməlidirlər”.

İsrailin şimal bölgələri Livan ərazisindən mütəmadi atəşə tutulur. İsrail qüvvələri qarşı tərəfə cavab atəşi açır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti