Bakı. Trend:
ABŞ dövlət katibi Antoni Blinken Qəzza zolağında atəşkəs razılaşmasının 90%-nin razılaşdırıldığını bildirir.
Trend Reuters-ə istinadən xəbər verir ki, bu barədə o, bunu Haitiyə səfərindən sonra Port-o-Prinsdə keçirdiyi mətbuat konfransında deyib.
ABŞ dövlət katibi Entoni Blinken cümə axşamı bildirib ki, həm İsrail, həm də Fələstinin islamçı Həmas qrupu Qəzza zolağında atəşkəsə nail olmaq üçün qalan məsələlərə "hə" deməlidir.
Blinken Haitidə keçirdiyi mətbuat konfransında Qəzza zolağının Misirlə həmsərhəd olan cənub kənarındakı Filadelfiya dəhlizi də daxil olmaqla, "Gördüklərimə görə, 90% razılaşdırılıb, lakin bir neçə kritik məsələ qalmaqdadır" dedi. Onun sözlərinə görə, sazişdə həmçinin israilli girovların və fələstinli əsirlərin mübadiləsi ilə bağlı bəzi boşluqlar var.