Bakı. Trend:
İrəvan-Moskva reysini həyata keçirən təyyarə Həştərxanda məcburi eniş edib.
Trend xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb.
Qeyd olunur ki, buna səbəb sərnişinlərdən birinin səhhətinin pisləşməsi olub.
Hava limanının mətbuat xidmətindən bildirilib ki, o, şəhər tibb məntəqəsinə yerləşdirilib.