...

Rusiyada yük maşını və avtobusun toqquşması nəticəsində 1 nəfər ölüb

Dünya xəbərləri Materials 30 Sentyabr 2024 02:16 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Rusiya Federasiyasının Krasnodar vilayətində yük maşını ilə avtobusun toqquşması nəticəsində 1 nəfər həlak olub, 29 nəfər isə yaralanıb.

Trend xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Krasnodar diyarı üzrə Baş İdarəsi məlumat yayıb.

Məlumata görə, “MAN” markalı yük maşını “Yutong” markalı avtobusla toqquşub. Qəza nəticəsində hər iki nəqliyyat vasitəsi alovlanıb.

Avtobusdakı 31 sərnişin, o cümlədən üç uşaq tibbi yardım alıb. Qəza nəticəsində yük maşınının sürücüsü həyatını itirib. Hadisə ilə bağlı araşdırma davam edir.

Xəbər lenti

Xəbər lenti