Bakı. Trend:
İsrailin Qəzza zolağının mərkəzi hissəsində yerləşən Deyr əl-Balah şəhərində məscidə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 21-ə çatıb.
Trend-in məlumatına görə, bu barədə “Al Jazeera” telekanalı xəbər yayıb.
Bundan əvvəl İsrail ordusunun mətbuat xidməti, Hərbi Hava Qüvvələrinin Deyr əl-Bələh şəhəri yaxınlığında Fələstin radikal HƏMAS hərəkatının komanda mərkəzlərinə zərbələr endirdiyini bildirmişdi. Açıqlamada qeyd edildiyi kimi, hücumda əvvəllər İbn Rüşd məktəbi kimi fəaliyyət göstərən kompleksin daxilindəki komanda mərkəzi, eləcə də Şühəda əl-Əqsa məscidindəki mərkəz hədəfə alınıb.
Bundan əvvəl 16 nəfərin öldüyü bildirilirdi.
xxx
06:32
İsrail qüvvələrinin Qəzza zolağının mərkəzindəki Deyr əl-Balah şəhərində yerləşən bir məscidə hücumu nəticəsində azı 16 nəfər həlak olub.
Trend-in məlumatına görə, bu barədə “Al Jazeera” telekanalı xəbər yayıb və hücum zamanı məsciddə köçkünlərin olduğu bildirilib.
İsrail ordusunun mətbuat xidməti isə açıqlama verərək, zərbələrin Fələstinin radikal HƏMAS hərəkatının Deyr əl-Balahdakı komanda mərkəzlərinə endirildiyini vurğulayıb. Ordunun məlumatına görə, bu komanda mərkəzləri HƏMAS terrorçuları tərəfindən İsrail Müdafiə Qüvvələri və İsrail Dövlətinə qarşı terror hücumlarını planlaşdırmaq və həyata keçirmək üçün istifadə olunurdu.