Bakı. Trend:
KXDR Baş Qərargahı sərhəd xəttindəki artilleriya birləşmələrini atəşə tam hazır vəziyyətə gətirmək əmri verib.
Trend xəbər verir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi məlumat yayıb.
Koreya Mərkəzi Xəbər Agentliyinin məlumatına görə, Koreya Xalq Ordusunun (KPA) Baş Qərargahı 12 oktyabr tarixli ilkin əməliyyat əmrini elan edib. Bu əmrə əsasən, sərhəd xəttinə yaxın artilleriya birləşmələri və mühüm atəş tapşırıqlarını yerinə yetirən bölmələr atəşə tam hazır vəziyyətdədir.