...

Xaricdə erkən səsvermədə iştirak edən Özbəkistan vətəndaşlarının sayı açıqlanıb

Dünya xəbərləri Materials 27 Oktyabr 2024 12:19 (UTC +04:00)
Xaricdə erkən səsvermədə iştirak edən Özbəkistan vətəndaşlarının sayı açıqlanıb
Aydan Ələsgərli
Aydan Ələsgərli
Bütün xəbərlər

Daşkənd. Trend:

Xaricdə erkən səsvermədə iştirak edənlərin sayı 132 667 nəfərə çatıb.

Trend-in məlumatına görə, bu barədə Özbəkistan xarici işlər nazirinin birinci müavini Bahromjon Aloyev brifinqdə bildirib.

"Özbəkistanın xaricdəki 40 səfirlik və konsulluğunda ümumilikdə 57 səsvermə məntəqəsi təşkil edilib", - deyə o qeyd edib.

Qeyd edək ki, oktyabrın 27-də Özbəkistanda Ali Məclisin (parlament) Qanunvericilik Palatası və yerli şuralara deputat seçkiləri keçirilir.

Seçki məntəqələri saat 08:00-dan 20:00-dək açıqdır və ilkin nəticələr oktyabrın 28-də elan olunacaq.

Seçkilərdə beş partiya iştirak edir: Sahibkarlar və İş Adamları Hərəkatı - Özbəkistan Liberal Demokrat Partiyası, "Milliy tiklaniş" Demokrat Partiyası, Ekoloji Partiyası, Xalq Demokratik Partiyası və "Adolat" Sosial Demokrat Partiyası.

Xəbər lenti

Xəbər lenti