...

Özbəkistan xalqı parlament seçkilərində məmnuniyyətlə səs verməyə gəlirr - məntəqə sədri

Dünya xəbərləri Materials 27 Oktyabr 2024 14:08 (UTC +04:00)
Özbəkistan xalqı parlament seçkilərində məmnuniyyətlə səs verməyə gəlirr - məntəqə sədri
Aydan Ələsgərli
Aydan Ələsgərli
Bütün xəbərlər

Daşkənd. Trend:

Özbəkistan xalqı parlament seçkilərində məmnuniyyətlə səs verməyə gəlir.

Bu barədə Trend-ə açıqlamasında Daşkənd şəhər 21 saylı seçki məntəqəsinin sədri Anora İrqaşeva deyib.

"Hər kəs çox yaxşı əhval-ruhiyyədədir. İnsanlar seçkilərdə fəal şəkildə səs verirlər. Bundan əlavə, rahat səsvermə üçün hər cür şərait yaradılıb. Heç bir çətinlik yoxdur", - deyə o bildirib.

O, həmçinin qeyd edib ki, seçki məntəqələrində elektron səsvermə avadanlığı quraşdırılıb və onlar problemsiz işləyir.

"Seçkilər də demokratik şəkildə keçirilir, bütün KİV səsvermə prosesini sərbəst işıqlandıra bilir", - deyə məntəqə sədri əlavə edib.

Qeyd edək ki, oktyabrın 27-də Özbəkistanda Ali Məclisin (parlament) Qanunvericilik Palatası və yerli şuralara deputat seçkiləri keçirilir.

Seçki məntəqələri saat 08:00-dan 20:00-dək açıqdır və ilkin nəticələr oktyabrın 28-də elan olunacaq.

Seçkilərdə beş partiya iştirak edir: Sahibkarlar və İş Adamları Hərəkatı - Özbəkistan Liberal Demokrat Partiyası, "Milliy tiklaniş" Demokrat Partiyası, Ekoloji Partiyası, Xalq Demokratik Partiyası və "Adolat" Sosial Demokrat Partiyası.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti