...

Özbəkistanda parlament seçkilərində seçici fəallığı 62,7% təşkil edib

Dünya xəbərləri Materials 27 Oktyabr 2024 15:24 (UTC +04:00)
Özbəkistanda parlament seçkilərində seçici fəallığı 62,7% təşkil edib
Aydan Ələsgərli
Aydan Ələsgərli
Bütün xəbərlər

Daşkənd. Trend:

Yerli vaxtla saat 15:00-a olan məlumata görə, Özbəkistanda parlament seçkilərində seçici fəallığı 62,7 faiz təşkil edib.

Trend-in məlumatına görə, bu barədə Özbəkistan Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini Baxrom Kuçkarov MSK-da keçirdiyi brifinqdə deyib.

O cümlədən, 19,9 milyon vətəndaşın səsvermədə iştirakı gözlənilir, onlardan 12,5 milyonu saat 15:00-a artıq seçkilərdə səs verib.

Qeyd edək ki, oktyabrın 27-də Özbəkistanda Ali Məclisin (parlament) Qanunvericilik Palatası və yerli şuralara deputat seçkiləri keçirilir.

Seçki məntəqələri saat 08:00-dan 20:00-dək açıqdır və ilkin nəticələr oktyabrın 28-də elan olunacaq.

Seçkilərdə beş partiya iştirak edir: Sahibkarlar və İş Adamları Hərəkatı - Özbəkistan Liberal Demokrat Partiyası, "Milliy tiklaniş" Demokrat Partiyası, Ekoloji Partiyası, Xalq Demokratik Partiyası və "Adolat" Sosial Demokrat Partiyası.

Xəbər lenti

Xəbər lenti