...

Arianespace şirkəti, Ariane 6 raketinin ilk kommersiya buraxılışını elan edib

Dünya xəbərləri Materials 9 Noyabr 2024 03:42 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Avropanın yeni "Ariane 6" daşıyıcı raketinin ilk kommersiya buraxılışı 2025-ci ilin fevral ayında, ehtimal ki, ayın ikinci yarısından etibarən baş tutacaq.

Trend xəbər verir ki, bu barədə kosmosa buraxılış operatoru Arianespace məlumat yayıb. Şirkətin məlumatına görə, Ariane 6-nın ilk uğurlu uçuşu və əldə edilən məlumatların təhlilindən sonra, ArianeGroup və Arianespace, raketinin kommersiya uçuşunun 2025-ci ilin birinci rübündə, fevralın ikinci yarısında başlayacağını açıqlayıb. Dəqiq buraxılış tarixi isə bir neçə həftə əvvəl elan ediləcək.

9 iyul 2024-cü ildə keçirilən ilk sınaq buraxılışının nəticələrinə əsaslanaraq, mütəxəssislər növbəti buraxılışlar üçün bəzi dəyişikliklər ediblər. Arianespace-in baş direktoru Stefan İsrael bildirib ki, 2025-ci ildə bir neçə raket buraxılışı planlaşdırılır. ArianeGroup-un rəhbəri Martin Sion isə vurğulayıb ki, podratçılar gələcək raketlər üçün komponent istehsalını sürətləndiriblər.

Ariane 6, Ariane ailəsinin yeni nəsil ağır daşıyıcı raketidir. Bu raket, 1996-cı ildən 2023-cü ilə qədər Fransanın Kurou kosmodromundan buraxılan ağır Ariane 5 raketlərinin yerini alacaq. Yeni raket iki modifikasiyada istehsal ediləcək: birincisi, yan tərəflərində iki bərk raket gücləndiricisi olan və 5 tona qədər yük daşıya bilən yüngül versiya olan Ariane 62, ikincisi isə dörd gücləndiricisi ilə orbitə 10,5 ton yük daşıya bilən Ariane 64. Bu, raketin ilk dəfə olaraq iki gücləndirici ilə təchiz edilməsi olacaq.

Xəbər lenti

Xəbər lenti