...

Bitcoin qiyməti 100 min dollar həddini keçərək tarixi zirvəyə çatıb

Dünya xəbərləri Materials 5 Dekabr 2024 07:15 (UTC +04:00)
Bitcoin qiyməti 100 min dollar həddini keçərək tarixi zirvəyə çatıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Binance platformasının məlumatına görə, Bitcoin-in qiyməti bütün zamanların ən yüksək həddinə çataraq 100 min dollar həddini keçib.

Trend xəbər verir ki, Bakı vaxtı ilə saat 05:33-ə olan məlumata əsasən, kriptovalyuta 100 min dollar (+4,49%) səviyyəsini aşaraq tarixi rekorda imza atıb.

Bitcoin-in artımı davam edib və Bakı vaxtı ilə saat 06:47-də kriptovalyutanın qiyməti 101,4 min dollar səviyyəsinə yüksəlib.

Bu tarixi zirvə, kriptovalyuta bazarında inamın artması və qlobal maliyyə bazarlarında dəyişən meyllərin fonunda qeydə alınıb.

Xəbər lenti

Xəbər lenti