...

Kubanın enerji sistemi bərpa edilib

Dünya xəbərləri Materials 5 Dekabr 2024 11:49 (UTC +04:00)
Ramazan Abdullayev
Ramazan Abdullayev
Bütün xəbərlər

Bakı. Trend:

Kubanın enerji sistemi, ölkənin ən iri istilik elektrik stansiyası (İES) olan “Antonio Giteras” İES-də baş vermiş avtomatik idarəetmə sistemindəki nasazlıq səbəbindən yaranmış qəzanın ardından tam bərpa edilib.

Trend xəbər verir, bu barədə respublikanın Energetika və Mədən Sənayesi Nazirliyinin “X” platformasındakı açıqlamasında bildirilir.

"Milli enerji sistemi bərpa edilib. Felton bələdiyyəsində yerləşən İES istisna olmaqla, bütün enerji istehsal edən stansiyalar işə salınıb. Bu stansiya da bir neçə saat ərzində sistemə qoşulacaq", - açıqlamada qeyd edilib.

Qeyd edək ki, “Antonio Giteras” İES oktyabr ayında bir neçə dəfə sıradan çıxıb ki, bu da ölkənin milli enerji təchizatı sistemində ümumi kəsintilərə səbəb olub. Bunun nəticəsində Kuba ərazisinin böyük hissəsi bir neçə gün ərzində enerjisiz qalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti