...

ABŞ bır sıra şərtlərlə Suriya hökumətini tanımağa hazırdır - Blinken

Dünya xəbərləri Materials 11 Dekabr 2024 00:32 (UTC +04:00)
ABŞ bır sıra şərtlərlə Suriya hökumətini tanımağa hazırdır - Blinken
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ administrasiyası Suriyanın yeni hökuməti inklüzivlik əsasında və kənar müdaxilə olmadan yaradılarsa, onu tanımağa və dəstəkləməyə hazırdır.

Trend-in məlumatına görə, bu barədə ABŞ dövlət katibi Entoni Blinken deyib.

"“Bütün ölkələr inklüziv və şəffaf prosesi dəstəkləməyə və müdaxilədən çəkinməyə söz verməlidir", - deyə o bildirib.

"ABŞ bu proses nəticəsində yaradılacaq gələcək Suriya hökumətini tanıyacaq və tam dəstəkləyəcək", - deyə E.Blinken qeyd edib.

O əlavə edib ki, “keçid dövrü beynəlxalq şəffaflıq və hesabatlılıq standartlarına cavab verən etibarlı, əhatəli və dünyəvi idarəçiliyə gətirib çıxarmalıdır”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti