...

Böyük Britaniya aviaşirkətinə məxsus təyyarə qu quşları ilə toqquşmadan sonra təcili eniş edib

Dünya xəbərləri Materials 8 Fevral 2025 03:47 (UTC +04:00)
Böyük Britaniya aviaşirkətinə məxsus təyyarə qu quşları ilə toqquşmadan sonra təcili eniş edib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Böyük Britaniyanın “Tui” aviaşirkətinin təyyarəsi havaya qalxdıqdan qısa müddət sonra qu quşları ilə toqquşaraq təcili eniş etməli olub.

Trend “Daily Mail”ə istinadən xəbər verir ki, hadisə təyyarə təxminən 300 metr yüksəklikdə, saatda 300 kilometr sürətlə hərəkət edərkən baş verib.

Toqquşma nəticəsində təyyarənin ön şüşəsi və elektron sistemləri zədələnib, bu isə pilotları həyəcan siqnalı verməyə məcbur edib. Təyyarə uğurla eniş etdikdən sonra ekipaj təhlükəsizlik yoxlamaları üçün mütəxəssislərdən kömək istəyib. İlkin araşdırmalara görə, təyyarənin gövdəsində çatlar yaranıb, ön şüşədə isə qan izləri qalıb.

Qeyd edək ki, təyyarə Qatvik hava limanından Kabo-Verdeyə uçurdu.

Xəbər lenti

Xəbər lenti