...

Türkiyədə 47 İŞİD üzvü saxlanılıb

Dünya xəbərləri Materials 8 Fevral 2025 13:34 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyədə İŞİD terror təşkilatı tərəfdarı olaraq fəaliyyət göstərməsində və təşkilata maliyyə dəstəyi verməsində şübhəli bilinən 47 nəfər saxlanılıb.

Trend xəbər verir ki, şübhəlilər İstanbul Baş Prokurorluğunun terror cinayətləri istintaq bürosu tərəfindən aparılan araşdırma nəticəsində, ölkənin dörd vilayətində icra olunan əməliyyat zamanı ələ keçiriliblər.

Hakim qarşısına çıxarılan şübhəlilərdən 33-nün həbsinə, 6-nın isə məhkəmə nəzarəti ilə sərbəst buraxılmasına qərar verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti