Bakı. Trend:
Malinin cənubundakı Nyena şəhəri yaxınlığında ali təhsil naziri Burema Kansayenin olduğu kortejə silahlı hücum olub.
Trend-in məlumatına görə, bu barədə "Figaro" nəşri xəbər verib.
Məlumata əsasən, hücum nəticəsində 4 polis yaralanıb.
Nazir hücumdan salamat çıxıb. Mali hökuməti hücumu İŞİD-ə bağlı silahlı qruplaşmaların törətdiyini iddia edir.