...

Rəsmi Ankara Ukrayna-Rusiya danışıqlarına ev sahibliyi etmək istəyir

Dünya xəbərləri Materials 18 Fevral 2025 11:41 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyə Rusiya və Ukrayna arasında danışıqlara ev sahibliyi etməyi təklif edib.

Trend xəbər verir ki, bu haqda “Turkey Daily” məlumat yayıb.

Nəşrin yazdığına görə, Türkiyənin xarici işlər naziri Hakan Fidan bu istiqamətd intensiv diplomatik danışıqlar aparır və təkcə iki ay ərzində rusiyalı həmkarı Sergey Lavrovla azı dörd dəfə telefonla söhbət aparıb.

Bundan savayı, Fidan Münhen Təhlükəsizlik Konfransı çərçivəsində ABŞ dövlət katibi Marko Rubio ilə də görüşərək, Türkiyənin Ukrayna münaqişəsi tərəfləri arasındakı danışlarda potensial vasitəçilik səylərini müzakirə edib.

Nəşrin diplomatik mənbələrə istinadən yazdığına görə, rəsmi Ankara həm Rusiya, həm də Ukrayna hökuməti ilə möhkəm əlaqələrinin olmasını əsas gətirərək, özünü danışıqlar prosesində əsas vasitəçi kimi görür.

Ankaranın davamlı olaraq atəşkəs rejimi üzrə danışıqlar, o cümlədən, potensial sülh danışıqları üçün vasitəçilik göstərməklə bağlı iradə sərgilədiyi vurğulanır.

Xəbər lenti

Xəbər lenti