...

Dünyanın nüvəsi tam dayana bilər

Dünya xəbərləri Materials 18 Fevral 2025 12:56 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Yer planetinin nüvəsi 15 ildən sonra tam durğun vəziyyətə gələ bilər. Bu yaxınlarda alimlər onun formasını dəyişdiyi və hərəkətinin yavaşladığını müəyyən ediblər.

Trend xəbər verir ki, bu barədə elmi məqalə “Nature” dərgisində nəşr olunub.

Belə bir nəticəyə gəlmək üçün alimlər dünyanın seysmik dalğalarındakı dəyişkənlikləri on illər ərzində araşdırıb. Alimlər Atlantik okeanın cənubunda yerləşən Cənubi Sendviç adalarında 1991-ci ildən 2023-cü ilə qədər qeydə alınmış 121 zəlzələni tədqiq edib və yerin nüvəsinin eyni mövqedə olduğu an baş vermiş oxşar zəlzələlər müqayisə olunub.

Nəticədə, aydın olub ki, daxili nüvədə baş verən dəyişikliklər seysmik dalğaların trayektoriyasına təsir edirmiş. Elmi işin müəlliflərinə görə, nüvənin kənarlarına yaxın yerdə baş verən dəyişikliklər, böyük ehtimalla, nüvə sərhədinin topoqrafiyası və mantiya qalınlığındakı anomaliya arasındakı qarşılıqlı əlaqədən meydana gələn deformasiyanın nəticəsidir.

Alimlərin məlumatına görə, Yerin daxili nüvəsi 1970-ci illərin əvvəllərindən etibarən qərbdən şərqə doğru fırlanırdı. Lakin 1990-cı illərin əvvəllərindən etibarən bu fırlanma yavaşlamağa başlayıb, eyni zamanda, nüvədə deformasiyalar baş verib və 2009–2010-cu illərdə fırlanma demək olar ki, tamamilə dayanıb. Hazırda daxili nüvə yavaş hərəkət edir və Yer səthinin fırlanmasına nisbətən əks istiqamətdə dönür. O dövrdə nüvədə yaranmış bəzi “çökəkliklərin” hündürlüyü 100 metrdən çox ola bilərdi.

Bu gedişlə alimlər sutkanın uzunluğundan cüzi dəyişikliklərin olacağını iddia edir. 2040-cı ildə isə yerin daxili nüvəsinin tam durğun vəziyyətə gələcəyi proqnozlaşdırılır.

Xəbər lenti

Xəbər lenti