Bakı. Trend:
HƏMAS şənbə günü daha altı israilli girovu azad edəcək.
Trend xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə İsrail baş nazirinin ofisi məlumat yayıb.
Məlumata görə, dörd girovun cəsədi cümə axşamı, altı sağ girov isə şənbə günü təhvil veriləcək.
Qeyd edək ki, bundan əvvəl İsrail fevralın 22-də Qəzzada atəşkəs razılaşmasında nəzərdə tutulan üç girovun əvəzinə altı nəfəri azad etməyə çalışdığı barədə məlumat yayılmışdı.