Bakı. Trend:
İsrail Hərbi Hava Qüvvələri Yəməndən atılan raketi İsrail hüdudlarından kənarda uğurla vurublar.
Trend-in məlumatına görə, bu barədə İsrail ordusunun (ÇAXAL) mətbuat xidməti bildirib.
"İsrailin bir sıra bölgələrində sirenlər səsləndikdən sonra Yəməndən atılan raket İsrail sərhədini keçməmişdən əvvəl İsrail Hərbi Hava Qüvvələri tərəfindən vurulub", - deyə bildirilib.
Qeyd edilib ki, “sirenlər protokola uyğun olaraq işə salınıb”.