...

İstanbulda kimya anbarı yanır: insanlar təxliyə olunur

Dünya xəbərləri Materials 11 Aprel 2025 14:32 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyənin İstanbul şəhərində İkitelli Sənaye Zonasında yerləşən kimya anbarında güclü yanğın baş verib.

Trend bu barədə ölkənin yerli KİV-lərinə istinadən xəbər verir.

Məlumata görə, alışqan maddələrin, eyni zamanda güclü küləyin təsiri altında alov qısa zamanda geniş əraziyə yayılıb, səmaya qatı tüstü qalxıb. Yanğının baş verdiyi anbardan ara-sıra partlayış səsləri gəlib. Qəza ilə əlaqədar yaxın çevrədə olan xeyri avtomobilə ziyan dəyib.

Anbarın yaxınlığında yanacaqdoldurma məntəqəsi olduğundan, partlayış riskini nəzərə alaraq polis yaxın ətrafdan insanları təxliyə edib.

Yanğınsöndürənlər hal-hazırda alovu söndürməyə çalışırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti