...

Mart ayında Türkiyə limanları 37 milyon tondan çox yük qəbul edib

Dünya xəbərləri Materials 14 Aprel 2025 14:08 (UTC +04:00)

Bakı. Trend:

2025-ci ilin mart ayında Türkiyə limanları 37 milyon 449 min 945 ton yük qəbul edib.

Trend xəbər verir ki, bu barədə TurkicWorld-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Bu dövr ərzində də Türkiyə bayrağı altında gəmilərlə daxili limanlara yük qəbulu 2 milyon 437 min 245 ton təşkil edib.

“Türkiyə limanlarına digər ölkələrin bayraqları altında gəmilərlə yük daşınması 35 milyon 12 min 700 ton olub”, – deyə nazirlikdən bildirilib.

Məlumatda bildirilib ki, 2025-ci ilin mart ayında Türkiyə limanlarından 6 milyon 14 min 854 ton transit yük daşınıb.

Nazirlikdən verilən məlumata görə, 2025-ci ilin yanvar-mart aylarında Türkiyə limanları 105 milyon 764 min 809 ton yük qəbul edib.

"Türkiyə bayrağı altında gəmilərlə yük qəbulu 7 milyon 503 min 29 ton təşkil edib. Digər ölkələrin bayraqları altında gəmilərlə isə Türkiyə limanlarına yükdaşımalar 98 milyon 261 min 780 ton təşkil edib”, - deyə məlumatda qeyd edilib.

Məlumatda bildirilib ki, 2025-ci ilin yanvar-mart aylarında Türkiyə limanlarından 16 milyon 865 min 574 ton transit yük daşınıb.

Qeyd edək ki, bu ilin mart ayında Türkiyə limanları 4 min 814 gəmi qəbul edib.

Məlumata görə, bu dövrdə Türkiyə limanlarına digər ölkələrin bayraqları altında qəbul edilən gəmilərin sayı min 512, Türkiyə bayrağı altında qəbul edilən gəmilərin sayı isə 3 min 302 olub.

2025-ci ilin yanvar - mart ayında Türkiyə limanları 13 min 274 gəmi qəbul edib.

“Bu müddət ərzində Türkiyə limanları tərəfindən qəbul edilən digər ölkələrin bayraqları altında olan gəmilər 4 min 204, Türkiyə bayrağı altında olan gəmilər isə 9 min 70 olub”, - deyə nazirlikdən bildirilib.

Xəbər lenti

Xəbər lenti