Bakı. Trend:
Türkiyə 2025-cü ilin mart ayında ABŞ - yə hazır geyim ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 3,7 faiz artaraq, 68 milyon 107 min 98 dollara çatdırıb.
Trend xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.
2025-ci ilin yanvar – mart aylarında Türkiyədən ABŞ - yə hazır geyim ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 0,6 faiz azalaraq, 202 milyon 547 min 72 dollara bərabər olub.
Qeyd edək ki, 2025-ci ilin yanvar-mart aylarında Türkiyənin hazır geyim ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 7,6 faiz azalaraq, 4 milyon 184 min 923 dollara bərabər olub.
“Bu ilin mart ayında Türkiyə 1 milyon 417 min 152 dollar məbləğində hazır geyim ixrac edib ki, bu da keçən ilin mart ayı ilə müqayisədə 12,1 faiz azdır” – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki, son 12 ay ərzində (mart 2024-mart 2025) Türkiyə 17 milyon 571 min 108 dollar məbləğində hazır geyim ixrac edib.