Bakı. Trend:
Avropa İttifaqı Ukraynadakı münaqişə ilə əlaqədar Rusiyaya qarşı sayca 17-ci sanksiyalar paketini hazırlayır və may ayında onu (üzv dövlətlərlə) razılaşdırmağı planlaşdırır.
Trend xəbər verir ki, bunu Avropa İttifaqının xarici siyasət üzrə ali komissarı Kaya Kallas Lüksemburqda keçən Aİ Şurasının iclasının yekunlarına dair mətbuat konfransında bildirib.
“Artıq (hamıya) aydındır ki, biz 17-ci sanksiyalar paketi üzərində işləyirik. Bu paketə kölgə donanması və digər elementlər daxil ediləcək və may ayında Aİ Şurasının gündəliyinə çıxarılacaq”,- deyə o bildirib.