Bakı. Trend:
ABŞ-də qış fırtınası səbəbindən elektrik təchizatından məhrum olan abunəçilərin sayı artmaqda davam edir.
Trend xəbər verir ki, bu barədə “Poweroutage” saytının məlumatlarında qeyd olunub.
Məlumata görə, hazırda 739 min 168 ev elektriksiz qalıb. Onlardan 253 min 160-ı Tennessi, 132 min 930-u Texas, 119 min 751-i Luiziana, 119 min 469-u isə Missisipi ştatının payına düşür. Ümumilikdə 37 ştat qış fırtınasından zərər çəkib.
ABŞ Milli Meteorologiya Xidmətinin məlumatına əsasən, güclü qar, yaş qar və dolu təxminən 180 milyon insan üçün təhlükə yaradır ki, bu da ölkə əhalisinin yarıdan çoxunu əhatə edir.
Eyni zamanda, əlverişsiz hava şəraiti səbəbindən 9,6 mindən çox aviareysin ləğv ediləcəyi gözlənilir.
xxx
17:04
ABŞ-də baş verən qasırğa səbəbindən təxminən 230 min ev elektriksiz qalıb.
Trend xəbər verir ki, məlumatı “CBS News” yayıb.
Nyu-York qubernatoru Keti Hoxul yaxınlaşan qar fırtınası ilə əlaqədar ştat üzrə fövqəladə vəziyyət elan edib. Qubernator bildirib ki, bu addım resursların səmərəli şəkildə yerləşdirilməsinə imkan verəcək.
Hoxul cavab tədbirlərini Nyu-York şəhər meri Zöhran Mamdani ilə əlaqələndirib. Hakimiyyət orqanları sakinlərdən mümkün olduqda evdə qalmalarını xahiş edib.
