...

Hakan Fidan HƏMAS-ın Siyasi Bürosunun üzvü ilə Qəzzanı müzakirə edib

Dünya xəbərləri Materials 26 Yanvar 2026 23:01 (UTC +04:00)
Hakan Fidan HƏMAS-ın Siyasi Bürosunun üzvü ilə Qəzzanı müzakirə edib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyə xarici işlər naziri Hakan Fidan Ankarada HƏMAS-ın Siyasi Bürosunun üzvü Xəlil Hayyenin rəhbərlik etdiyi HƏMAS nümayəndə heyəti ilə görüşüb.

Trend-in məlumatına görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi mənbələrindən bildirilib.

Məlumata əsasən, görüşdə Qəzza Sülh Planının ikinci mərhələsi, Qəzzada humanitar vəziyyət və digər regional məsələlərlə bağlı inkişaflar müzakirə olunub.

Hakan Fidan Türkiyənin Sülh Şurası başda olmaqla, digər platformalar vasitəsilə Qəzza sakinlərinin hüquqlarını müdafiə etməyə yönəlmiş diplomatik fəaliyyəti barədə məlumat verdi.

Nazir Türkiyənin Qəzzaya lazımi humanitar yardımın çatdırılması üçün səylərini qətiyyətlə davam etdirəcəyini bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti