Bakı. Trend:
HƏMAS Qəzza bölgəsində idarəçiliyin Milli Komitəyə təhvil verilməsi üçün bütün zəruri prosedur və hazırlıqları tamamlayıb.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, bunu HƏMAS sözçüsü Həzəm Qassem bildirib.
“Fələstin fraksiyalarından, qəbilələrindən və vətəndaş cəmiyyətinin nümayəndələrindən ibarət komitə təhvilvermə prosesinə nəzarət edəcək”, - HƏMAS rəsmisi qeyd edib.
O, bütün tərəfləri komitənin işini asanlaşdırmağa, İsrailin Qəzza zolağında iki illik müharibəsindən sonra bərpa prosesinin başlanmasına yardım etməyə çağırıb.
