Bakı. Trend:
İsveçrədə 14 iyun tarixində əhalinin sayının 10 milyon nəfərlə məhdudlaşdırılması üzrə referendum keçiriləcək.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Dekabr ayında keçirilmiş ictimai sorğuya əsasən, ölkə əhalisinin 48 faizi sağçı Xalq Partiyasının bu təşəbbüsünü dəstəkləməyə hazırdır.
İsveçrəli seçicilər iyun ayında eyni zamanda mülki xidmət sahəsində islahat məsələsinə də qərar verəcəklər.
“İsveçrədə on milyona yox” təşəbbüsü ölkənin daimi əhalisinin sayının 2050-ci ilə qədər 10 milyon nəfərlə məhdudlaşdırılmasını nəzərdə tutur.
Təklifə əsasən, əhalinin sayı 9,5 milyon nəfəri keçdiyi andan etibarən hökumət və parlament müvafiq tədbirlər görməlidir. Həm hökumət, həm də qanunvericilər bu təşəbbüsü rədd ediblər.
Hazırda İsveçrədə 9 milyondan bir qədər artıq insan yaşayır və onların təxminən dörddə biri əcnəbilərdir.
