...

Qəzzada HƏMAS-ın tərksilah prosesinə martda başlanılması nəzərdə tutulur

Dünya xəbərləri Materials 15 Fevral 2026 02:26 (UTC +04:00)
Qəzzada HƏMAS-ın tərksilah prosesinə martda başlanılması nəzərdə tutulur

Bakı. Trend:

HƏMAS hərəkatının tərksilah prosesinə mart ayında başlamaq planlaşdırılır.

Trend-in məlumatına görə, bu barədə İsrailin “Kan” dövlət televiziyası Sülh Şurasındakı mənbələrə istinadla məlumat yayıb.

Məlumata əsasən, HƏMAS-ın tərksilahı Qəzzada yeni texnokratik hökumət formalaşdırıldıqdan və hərəkatın əvvəlki səlahiyyətləri həmin hökumətə ötürüldükdən sonra başlayacaq. Bildirilir ki, silahsızlaşdırma prosesinin ilk mərhələsi Qəzzanın cənubunda yerləşən Rəfah şəhərindən start götürəcək.

Sülh Şurasına üzv ölkələrin liderlərinin ilk görüşü fevralın 19-da ABŞ paytaxtında keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti