Ukraynada parlament koalisiyası 2006-cı il iyunun 27-dək formalaşdırılacaq. Bu barədə ölkə prezidenti Viktor Yuşenko mətbuat konfransında bildirib. "Koalisiya ayın 27-dək yaradılacaq. Mənim şəxsi fikrim isə daha nikbindir. Koalisiya daha tez yaradılacaq" - deyə prezident bildirib.
Trend agentliyinin "RBK"ya istinadən yaydığı məlumata əsasən, V.Yuşenko siyasi anlaşmanın mətnini jurnalistlrərə göstərib. "Ukraynada belə sənəd olmayıb. Bu, deklarasiyaların az olduğu 100 səhifəlik yığcam mətndir" - deyə o əlavə edib. "Mən istərdim ki, koalisiya öz formalaşdırılmasının konstitusyon müddətini seçsin, saziş imzalasın, Ukrayna parlamenti qanuna əsaslanaraq hökuməti formalaşdıracaq koalisiya əksəriyyətini əldə etsin" - deyə Ukrayna prezidenti vurğulayıb.