...

Jurnalistlərin müdafiəsi üzrə komitə Qazaxıstan qanunvericiliyindən narahatdır

Dünya xəbərləri Materials 6 İyul 2006 16:49 (UTC +04:00)

Jurnalistlərin müdafiəsi üzrə komitə mətbuat azadlığını məhdudlaşdıran düzəlişlərin Qazaxıstan qanunvericiliyinə qəbul olunmasından narahatdır. Bu barədə agentlik komitənin rəsmi saytında çap olunmuş məqaləyə istinadən xəbər verir.

"Biz bu düzəlişlərin Qazaxıstanın onsuz da təqib olunan müstəqil mətbuatının daha da çox hökümət təqibinə məruz qalacağından ehtiyat edirik", - deyə qərargahı Nyu-Yorkda yerləşən Jurnalistlərin müdafiəsi üzrə Komitənin başçısı Coul Saymon bəyan edib. "Biz Qazaxıstanın hökümət orqanlarını bu düzəlişləri mümkün qədər tez ləğv etməyə çağırırıq", - deyə o bildirib.

Qeyd olunduğu kimi, Mədəniyyət və İnformasiya Nazirliyinin hazırladığı, parlament tərəfindən qəbul olunmuş və Qazaxıstan prezidenti tərəfindən imzalanmış "Kütləvi İnformasiya Vasitələrinin məsələləri üzrə bəzi qanunvericilik aktlarına dəyişiklik və əlavələrin edilməsi barədə" qanun respublikada işləyən kütləvi informasiya vasitələri tərəfindən qəti etiraza səbəb olub. Jurnalist cəmiyyətində düzəlişləri "mürtəce" düzəliş adlandırırlar və hesab edirlər ki, onlar Qazaxıstanda söz azadlığının inkişafına mane olur. O cümlədən, qanun normaları ilə baş redaktor seçilmək hüququna malik olmayan şəxslərin siyahısı genişlənir. Bu, əvvəllər baş redaktor vəzifəsini tutmuş və onların günahı ucbatından məhkəmə qərarı ilə KİV-lərin efirə çıxması dayandırılmış vətəndaşlara aiddir. Sənədə əsasən, bu qadağa üç il ərzində etibarlı olacaq.

Trend in verdiyi xəbərə görə, bundan başqa, kütləvi informasiya vasitələrinin uçota alınmasına görə yığımın alınmasını müəyyən edən normalar da düzəlişlər vasitəsilə mövcud qanunvericiliyə daxil edilib.

Xəbər lenti

Xəbər lenti