...

S.Lavrov ümumdünya münaqişəsinin olması ehtimalını istisna edir

Dünya xəbərləri Materials 6 İyul 2006 18:23 (UTC +04:00)

RF Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrov ümumdünya münaqişəsinin olması ehtimalını istisna edir. O, bu fikri bu gün Dövlət Dumasındakı "dəyirmi masa" zamanı bildirib. "Qlobal münaqişə təhlükəsinin olacağını təsəvvür etmək çətindir", - deyə o bildirib. S.Lavrov qeyd edib ki, bu gün böyük siyasətçilər onların üzərinə qoyulmuş məsuliyyəti hiss edir və bu təhlükəni kənarlaşdırmaq üçün əllərindən gələni edirlər. "Bu gün bizim əsas vəzifəmiz - İranın nüvə probleminin nizama salınması və Koreya yarımadasının problemləridir", - deyə diplomat bildirib.

Trend in verdiyi xəbərə görə, bu zaman o qeyd edib ki, dünya müharibəsinin olacağını mümkün hesab edən bir sıra şəxslər var. O cümlədən, S.Lavrov yeni doktrinanı irəli sürən amerikalı analitiklərin məruzəsini xatırladıb. Bu doktrinada qeyd olunub ki, ABŞ elə həcmdə kütləvi qırğın silahları düzəldə bilər ki, onlara heç bir cavab tədbiri qorxulu olmayacaq. Rusiya XİN başçısının fikrinə görə, belə fərziyələrin reallaşması üçün heç bir zəmin yoxdur.

Xəbər lenti

Xəbər lenti