...

Türkiyə, İtaliya və Hindistan şirkətləri Seyhanda neft emalı zavodunun inşası haqqında danışıqlar aparır

Dünya xəbərləri Materials 14 İyul 2006 19:51 (UTC +04:00)

"Reuters" agentliyinin məlumatına əsasən, Türkiyənin Calik Enerji şirkəti İtaliyanın ENI və Hindistanın Indian Oil Corp. şirkətləri ilə 10 mln. ton gücündə olan Ceyhan limanında neft emalı zavodunun inşası haqqında danışıqlar aparır.

Trend xəbər verir ki, Rusiyanın "LUKOYL" şirkəti Qara dəniz sahilində 8-10 mln ton gücündə NEZ-ın tikintisi ilə müraciət edib. Türkiyənin dövlət orqanları bu haqda qərarı 2006-cı ilin sonunda verə bilər.

Calik şirktəinin direktorlar şurasının sədri Erdal Celik jurnalistlərə deyib ki, onun şirkəti Samsun və Ceyhanı birləşdirən neft boru kəmərini tikməyi planlaşdırır.

Xəzər və Qara dəniz neftinin nəql olunacaq Samsun-Ceyhan neft kəmərinin inşası 2009-cu ildə başa çata bilər.

Neft məhsullarının pərakəndə satışı ilə məşğul olan Türkiyənin Petrol Ofisi də Ceyhanda NEZ-ın tikintisi məsələsini nəzərdən keçirir. Avstiriyanın OMI şirkətinə Petrol Ofisi-in səhmlərinin 34%-i məxsusdur.

Cümə axşamı Xəzərin neft yataqlarını Aralıq dənizi limanı ilə birləşdirən $4-milliardlıq BTC boru kəmərinin rəsmi açılışı keçirilib.

Bundan əlavə, Ceyhana İraqın şimal yataqlarından da neft nəql olunur.

Türkiyənin öeynəlxalq investorlar üçün cəlbediciliyi AB-ya qoşulduğu dövrdən ölkə bazarının sürətli inkişafı hesabına artır.

Xəbər lenti

Xəbər lenti