Aktau beynəlxalq dəniz ticarət limanı ilin əvvəlindən bəri yük boşaldılması həcmini 10% artırıb. Qurumun məlumatına əsasən, 2006-cı ilin yanvar-avqust aylarında liman 7,5 mln. tondan çox baş və neftdaşıyan yüklər boşaldıb. Bu zaman cari ilin 8 ayı ərzində quru yüklərin boşaldılmasının ümumi həcmi 1mln tonu keçib.
Mütəxəssislər qeyd edirlər ki, yüklərin əsas hissəsini ixracyönümlü metal məhsulları təşkil edir. Bu barədə Trend "Kaspionet" telekanalına istinadən xəbər verir.
Bundan başqa, TRASEKA beynəlxalq nəqliyyat dəhlizinin inkişafı çərçivəsində bütün il boyu limanın dəmir yolu bərə kompleksi vasitəsilə daşınan tranzit yüklərinin həcminin artımı müşahidə olunub. Əsasən, bu ilin 8 ayı ərzində bərə yüklərinin daşınmasının ümumi həcmi 187 min tondan çox təşkil edib ki, bu da keçənilki göstəricidən 12 % artıqdır.