...

Pakistan ballistik raketlərin növbəti sınağını keçirib

Dünya xəbərləri Materials 9 Dekabr 2006 11:47 (UTC +04:00)

"RİA Novisti"yə istinadən Trend bildirir ki, şənbə günü Pakistan müxtəlif növ başlıqlar, o cümlədən nüvə başlıqları daşıya bilən ballistik raketlərin sınağını keçirib.

Yerli telekanalların məlumatına əsasən, "Xatf-Ş" raketinin ("Qazavi" modifikasiyası) sınaqları uğurla keçib. Bütün nəzərdə tutulmuş parametrlər təsdiq olunub, raket hədəfə 200 km.-də yetişib.

Hərbi mənbələrə istinadən, "Xatf-Ş" - kiçik fəaliyyət radiuslu (300 km-ə qədər) və yüksək dəqiqlikli raketdir.

Bu, son zamanlar Pakistan tərəfindən kçirilmiş üçüncü sınaqdır. Noyabr ayında Pakistan ordusu "Xatf-IV" ("Şahin-1" modifikasiyası) və "Xatf-V" ("Qauri" modifikasiyası) raketlərinin sınağını keçirib.

Rəsmi məlumata görə, sınaqlar "Xatf" qrupu raket modifikasiyasının milli proqramı çərçivəsində keçirilib.

Xəbər lenti

Xəbər lenti