...

İran nüvə sahəsində KXDR ilə əməkdaşlıq haqqında məlumatı təkzib etdi

Dünya xəbərləri Materials 31 Yanvar 2007 15:02 (UTC +04:00)

İran Şimali Koreya ilə nüvə sınaqlarının keçirilməsinə yönəldilmiş əməkdaşlıq haqqında məlumatı təkzib edib. Bu barədə Trend RİA Novosti-yə istinadən xəbər verir.

"Bu cür əsassız məlumatlar bir məqsədlə dərc olunur: nüvə məsələsində İranın müsbət hərəkətlərinə və Nüvə silahının yayılmaması haqqında Müqaviləyə əsaslanan İran hüquqlarına dair ictimai rəyi yalanlamaq", - deyə İranın Moskvadakı səfirliyinin çərşənbə günü yayılmış bəyanatında qeyd olunub.

KXDR-in nüvə sahəsində İrana yardım etməsi haqqında məlumat Rusiya KİV-lərdə "Deyli Teleqraf"a istinadən yaranıb.

Xəbər lenti

Xəbər lenti